Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfirliyin işçiləri arasında xəsarət alan yoxdur, binanın sivarları, elektrik naqilləri və su təminatı sistemləri isə zədələnib.
“Noyabrın 20-si yerli vaxtla təxminən 10:35-də Dəməşqdə terrorçular tərəfindən minaatanlardan açılan atəş nəticəsində bir mərmi Rusiyanın Suriyadakı səfirliyinin ərazisinə və ona bitişik yaşayış kompleksinə düşüb”, - deyə Rusiya XİN qeyd edib.
Moskva BMT Təhlükəsizlik Şurasındakı Qərb dövlətlərini Rusiya səfirliyinin atəşə tutulması məsələsinə nəzər salmağa səsləyib.
Ağalar Qəribov
Ordu.az