Britaniya Ukraynaya ölümcül silahlar verməkdən imtina edib

2017/11/1506c63080cdef65865e16d618a8aea0_1511186744.jpg
Oxunub: 447     22:05     20 Noyabr 2017    
“Britaniya hökuməti Ukraynaya yardım göstərməyə davam edir, lakin ölümcül silahlarla təchiz etmək variantı artıq nəzərdə tutulmur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kiyevdəki səfirinin müavini Helen Feyzi bəyan edib.

“Biz Ukraynaya hərbi yardımımızı saxlayırıq. Bu yardımın gücləndirilməsi üçün yollar axtarırıq. Lakin ölümcül silahların tədarükü məsələsini müzakirə etmirik”, - deyə Feyzi bildirib.

O, həmçinin əlavə edib ki, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə müdafiə sahəsində islahatların aparılmasında kömək proqramı hazırlayıb.

Xatırladaq ki, daha öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell Vaşinqtonun Ukraynaya ölümcül silah vermək barədə məsələni hələ də müzakirə etdiyini bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin