Tacikistanda KTMT ölkələrinin təlimi yekunlaşıb - VİDEO
Oxunub: 477
20:46
20 Noyabr 2017
Tacikistanda Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatının birgə operativ reaksiya qüvvələrinin “Hardmaydon” poliqonunda keçirilən təlimləri sona çatıb.
Bu barədə Ordu.az “Zvezda” telekanalına istinadən xəbər verir.
4 gün ərzində 5 meydanmada dağlarda qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi üzrə xüsusi əməliyyatlar keçirilib.
Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin xəbər vediyi kimi, KTMT-yə daxil olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, həmçinin Ermənistan və Tacikistandan olan operativ və xüsusi qruplar birgə və ayrılıqda təlimlər keçiblər.
Həmçinin hərbi xidmətçilər terrorçuların məhv edilməsi, müdafiənin təşkili və hücumun həyata keçirilməsinə dair tapşırıqlar yerinə yetiriblər. Təlim manevrləri zamanı motoatıcı, tank, artilleriya, odsaçan bölmələrin fəndləri üzərində işlənib, həmçinin ordu və operativ-taktiki aviasiya üçün qarşıya qoyulan tapşırıqlar həll olunub.
Təlimlərdə KTMT ölkələrində 5 mindən çox hərbi xidmətçi və 1500-dən çox hərbi texnika iştirak edib. İlk dəfə Tu-22, Tu-95MS, Su-30, Su-24, Su-25, MiQ-31BM daxil olmaqla 60-dan çox təyyarə və helikopter istifadə olunub.