ABŞ KXDR-ə qarşı 12 milyon dollar vəsait ayırdı

2017/11/5a0d6fc3370f2cdd518b4567534534_1511169368.jpg
Oxunub: 379     17:43     20 Noyabr 2017    
Birləşmiş Ştatların Dövlət Departamenti KXDR-ə təsirin artırılması üçün 12 milyon dollar vəsait ayırıb.


Bu barədə Ordu.az RT telekanalının saytına istinadən məlumat verir.

“Birləşmiş Ştatlar hökuməti KXDR-ə bütün mümkün yollarla təsir etməyə, Şimali Koreyanın nüvə silahından, nüvə raket proqramlarının inkişafından imtinasına çalışır”, - deyə 12 milyon vəsaitin əldə olunması üçün göndərilən müraciət sənədində bildirilir.

Qeyd olunur ki, vəsait əsasən yeni sanksiyaların və kütləvi məhvetmə silahlarının yayılması ilə bağlı qanunvericilik aktlarının qəbul edilməsi üçün hüquqi alətlərin yaradılmasına sərf olunacaq.

Həmçinin bildirilir ki, Pxenyanın kütləvi məhvetmə silahına dair bütün fəaliyyəti, maliyyə proqramı nəzarət altına alınacaq və buraya “adi silahlarla, zinyət əşyaları və saxta məhsullarla ticarət”, “kömür və digər faydalı qazıntılarla”, “sənayeləşdirilmiş balıq ovu” da aid ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Nüvə  


Bizi "telegram"da izləyin