Ordu.az TASS inforasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Çinin SİNA informasiya portalı məlumat yayıb.
Bildirilir ki, hava sərhəddi yaxınlığında Çin Xalq Azadlıq Ordusunun 4 ədəd N-6K strateji bombardmançısı (Sovet Tu-16-sının heç nə ilə fərqlənməyən surəti), Tu-164 kəşfiyyatçı təyyarəsi və Y-8 radioelektron kəşfiyyat təyyarəsi görüntülənib.
Portalın məlumatına görə, hadisə dünən baş verib. Çin təyyarələri Şərqi Çin dənizini qərbdən şərqə doğru keçərək Miyako boğazından Sajit okeanın hava sərhədi ilə Yaponiyaya yaxınlaşıb, sonra isə eyni istiqamətdə geri qayıdıblar. Məlumatda yapon pilotlarının Çin təyyarələrinin ekipajı ilə əlaqə yaratmağa cəhd etmələri barədə heç nə qeyd olunmayıb.
Qeyd edək ki, oxşar hadisələr mart, iyul və avqust aylarında da baş verib.
Miyako boğazı böyük strateji əhəmiyyətə malikdir, belə ki, o, Çin Xalq Azadlıq Ordusunun gəmi və təyyarələrinin açıq Sakit okean regionuna çıxması üçün açıq qalan azsaylı beynəlxalq dəniz yollarından biridir.
Ordu.az