Donbasda vəziyyət kəskinləşir: Tank və artilleriya bölmələri təmas xəttinə daşınır

2017/11/23423423_1511161960.gif
Oxunub: 393     15:11     20 Noyabr 2017    
Donbasda təmas xəttinin yaxınlığında Ukrayna qüvvələrinə məxsus 23 ədəd iri kalibrli artilleriya sistemi və tanklar aşkar edilib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun “komandan müavini” Eduard Basurin məlumat yayıb.

“Bizim kəşfiyyat rəqibin təmas xətti boyunca qeyri-qanuni silah toplamasını qeydə alıb. Kamenka rayonunda 2S9 “Nonas”ın mövqeyi aşkarlanıb. Adveyedsk meşəsində 2 tankın yeri müəyyən edilib. Memrikdə təmas xəttinə doğru irəliləmək üçün mövqe almış 5 tankın gəldiyi bildirilir.

Bundan başqa, təmas xəttinin 13 kilometrliyində yerləşən Kuraxovkaya 3 ədəd 152 millimetrlik “Giatsint-B” yedək topu və 5 ədəd 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusunun gəlməsi qeydə alınıb”, - deyə Basurin bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin