KXDR-in Taylanddakı səfiri: “Hazırda bizim hidrogen bombamız var”

2017/11/inx960x640456456_1511160377.jpg
Oxunub: 435     14:45     20 Noyabr 2017    
KXDR hökuməti ABŞ-la hərbi münaqişə olacağı təqdirdə öz qələbəsinə şübhə etmir.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə KXDR-in Taylanddakı səfiri Mun Son Mo “The Nation” qəzetinə müsahibəsində bildirib.

“İndi bizim hidrogen bombamız var. Əgər müharibə olarsa, biz vuruşmağa hazırıq və şübhəsiz, Birləşmiş Ştatlara qalib gələcəyik”, - deyə Şimali Koreyadan olan diplomat bildirib.

Mun Son Mo qeyd edib ki, KXDR müharibəyə başlamaq istəmir, lakin eyni zamanda ABŞ prezidenti Donald Trampla danışıqlar imkanının mümkünlüyünə də inanmır.

“Biz özünün BMT çıxışında Şimali Koreyanı bütünlükdə məhv edə biləcəyini bəyan edən Donald Trampla necə danışıqlar apara bilərik? Bu, o deməkdir ki, ABŞ prezidenti 25 milyon şimali koreyalını öldürmək istəyir”, - deyə Mun Son Mo vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Koreya-böhranı   ABŞ  


Bizi "telegram"da izləyin