İŞİD qənimət olaraq ələ keçirdiyi T-72 tankını partladıb? – VİDEO

2017/11/orig-1510888717_islamskoe_gosudarstvo_0_869ac40eafd4a94a11cb395ecf8425f5456456_1510902747.jpg
Oxunub: 651     15:12     17 Noyabr 2017    
İŞİD terror qruplaşmasının üzvləri daha öncə ələ keçirdikləri tankı partladaraq onu Suriya Quru Qoşunlarına (SQQ) məxsus tank kimi təqdim ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror qruplaşması dünən Suriya ordusuna məxsus T-90 tankını partlatdıqları barədə xəbər yayıb. Məlumatın təsdiq edilməsi məqsədilə partladılan tankın şəkilləri də təqdim olunub.

Lakin, Suriya Quru Qoşunlarının mənbəsi bu məlumatı təkzib edərək bildirib ki, dünən əl-Məyadində hökumət qüvvələri buna bənzər heç bir hərbi texnika itkisinə məruz qalmayıb.

Təxmin edilir ki, partladılan tank T-72-nin modernləşdirilmiş versiyasıdır və terrorçular tərəfindən bu rayonda oktyabrın 25-də gedən döyüşlər zamanı ələ keçirilib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Terror   T-72  


Bizi "telegram"da izləyin