ABŞ husilərin radarlarını və bir PUA-sını zərərsizləşdirib

2024/06/1718688115.jpg
Oxunub: 307     08:46     18 İyun 2024    
ABŞ ordusu Yəmənin “Ansar Allah” hərəkatının husi üsyançılarının dörd radarını zərərsizləşdirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində dörd radar və bir pilotsuz suüstü aparatını uğurla məhv edib”, - komandanlığın “X” sosial hesabında yayılan bəyanatında deyilir.

Bundan əlavə, komandanlıq qüvvələri Qırmızı dəniz üzərində husilərə məxsus bir pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Yəmən  


Bizi "telegram"da izləyin