Putin müdafiə nazirinə yeni müavinlər təyin edib

2024/06/40df1-1718361256.jpg
Oxunub: 352     17:41     17 İyun 2024    
Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.

Ordu.az xəbər verir ki, Putinin müvafiq sərəncamları ilə Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Tsivileva və Pavel Fradkovu isə nazir müavinləri təyin ediliblər.

Rusiya dövlət başçısının müvafiq sərəncamları ilə Nikolay Pankov, Ruslana Tsalikova, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad ediliblər.

Putin həmçinin müdafiə nazirinin iki "birinci müavin" daxil olmaqla 12 müavini olması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, indiyə kimi Rusiya MN başçısının 10 müavini vəzifəsi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin