Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.
“Bəlkə sərhədlər artıq açılıb? Sülh müqavilələri imzalanıb? Təsəvvür edirsinizmi, əgər Azərbaycan və Türkiyə belə şəraitdə infrastruktur və iqtisadi sahələrdə həlledici rol əldə etsələr, nə baş verər?
Bu isə öz növbəsində qaçılmaz şəkildə siyasi təsirə gətirib çıxaracaq. Sonra yenə deyəcəklər ki, “ruslar bizi satdı, buna görə yeni güzəştlərə getməyə məcbur olduq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az