Azərbaycanın müdafiə naziri Gürcüstana səfər edib - YENİLƏNİB

2026/06/1780297509.jpg
Oxunub: 425     11:06     01 İyun 2026    
Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Həmçinin regionda sülh və sabitliyin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Zakir-Həsənov  


Bizi "telegram"da izləyin