Səfir: "Bakı və Daşkənd ikitərəfli münasibətlərin inkişafının ən yüksək mərhələsini yaşayır"

2026/06/gfhgf-1780296996.jpg
Oxunub: 207     10:22     01 İyun 2026    
Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün iqtisadiyyat və investisiyalardan nəqliyyat, təhsil, elm və dövlət idarəçiliyinə qədər bütün istiqamətlər üzrə misli görünməmiş, ən yüksək inkişaf mərhələsini yaşayır.

Ordu.az-ın məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan və Özbəkistan hazırda bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin misli görünməmiş, ən yüksək inkişaf mərhələsindədir. Ticarət dövriyyəsi sürətlə artır, hər iki tərəfdən investisiya qoyuluşunda artım qeydə alınır, nəqliyyatdan təhsil, elm və dövlət idarəçiliyinə qədər əməkdaşlıq inkişaf edir", - səfir qeyd edib.

O vurğulayıb ki, iqtisadiyyatın rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi şəraitində iki ölkənin dövlət qurumları arasında təcrübə mübadiləsi xüsusi aktuallıq kəsb edir.

"Biz görürük ki, son illərdə Azərbaycan iqtisadiyyatın və ictimai həyatın rəqəmsal transformasiyasında, elektron hökumətin tətbiqində, dövlət və vətəndaşlar arasında idarəetmə və qarşılıqlı əlaqənin səmərəli mexanizmlərinin inkişafında əhəmiyyətli uğurlar əldə edib. Bu nəticələr artıq öz səmərəliliyini sübut etmiş ASAN Xidmət, DOST və digər yeni layihələrin həyata keçirilməsi praktikası ilə öz təsdiqini tapır", - Aşrafxanov bildirib.

Səfir qeyd edib ki, Özbəkistan Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycanın təcrübəsini öyrənməyə və iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni peşəkar əlaqələr qurmağa imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   Daşkənd  


Bizi "telegram"da izləyin