İran ölkənin hərbi və diplomatik qurumları arasında əməkdaşlığın gücləndiyini bildirib

2025/07/1753692734.jpg
Oxunub: 335     15:02     31 May 2026    
İran ordusunun və Xarici İşlər Nazirliyinin nümayəndələri ölkənin hərbi və diplomatik qurumları arasında əməkdaşlığın gücləndiyini bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Tehranda ordunun mətbuat katibi, briqada generalı Məhəmməd Əkrəmini ilə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi arasında keçirilən görüşdə danışılıb.

Tərəflər hərbi və diplomatik fəaliyyətin milli təhlükəsizliyin və dövlət maraqlarının qorunmasında bir-birini tamamlayan əsas sütunlar olduğunu vurğulayıblar.

Əkrəmininin sözlərinə görə, hazırda diplomatiya ilə hərbi sahə arasındakı əməkdaşlıq əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyəyə çatıb. “Diplomatiya və döyüş meydanı bu gün hər zamankından daha sıx və daha böyük koordinasiya ilə fəaliyyət göstərir”, - deyə o bildirib.

General qeyd edib ki, bu koordinasiyanın nəticələri son bir ildə ölkənin mövqelərinin möhkəmlənməsində və rəqiblərin fəaliyyətinin pozulmasında özünü göstərib.

İsmayıl Bəqayi isə vurğulayıb ki, İranın hərbi potensialı beynəlxalq arenada ölkənin diplomatik səylərinə mühüm dəstək verir.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin gücü milli maraqların müdafiəsinə yönəlmiş xarici siyasət fəaliyyətinin əsas dayaqlarından biridir.

XİN nümayəndəsi həmçinin bildirib ki, hərbçilərin fəaliyyəti və onların fədakarlıqları milli qürur mənbəyidir. O, xarici təzyiqlər şəraitində İran cəmiyyətinin dayanıqlığını da xüsusi vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ordu   XİN  


Bizi "telegram"da izləyin