Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında bildirib.
Zelenskinin sözlərinə görə, zərbələr yaşayış evləri və enerji infrastrukturu da daxil olmaqla mülki obyektlərə endirilib.
O qeyd edib ki, Ukrayna hər gün hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və əhalinin qorunması istiqamətində fəaliyyət göstərir.
Ukrayna Prezidenti yeni IRIS-T hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunun təhvil verildiyini açıqlayaraq, göstərilən dəstəyə görə Almaniyaya təşəkkür edib.
Zelenski həmçinin İsveçlə əldə olunmuş yeni razılaşmalar barədə məlumat verib. O bildirib ki, bunlara aviasiyanın gücləndirilməsini nəzərdə tutan dəstək paketi və “Gripen” döyüş təyyarələrinin tədarük perspektivləri daxildir.
Prezident PURL beynəlxalq proqramının davam etdirildiyini vurğulayıb və ABŞ də daxil olmaqla Avropa ölkələrini Ukraynaya dəstəyi genişləndirməyə çağırıb.
Zelenski xüsusi olaraq qeyd edib ki, raketdən müdafiə sistemlərinin gücləndirilməsi Ukraynanın əsas prioritetlərindən biri olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az