Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri erməni ictimai xadim Daniel İoannisyana istinadən məlumat yayıb.
Xatırladaq ki, “Müstəqil Müşahidəçi” təşəbbüsü “Vətəndaş Müqaviləsi” Partiyası və şəxsən Nikol Paşinyanla əlaqələndirilən “Mənim Addımım” Fondunun seçkiqabağı mərhələdə qanunvericiliklə qadağan olunmuş xeyriyyə fəaliyyəti həyata keçirməsi ilə bağlı problemlər aşkar etdiyini bildirmişdi.
Təşəbbüs nümayəndələri Anna Hakopyanın məsuliyyətə cəlb olunması tələbi ilə inzibati məhkəməyə müraciət etdiklərini və bunun 15 ayrı epizodu əhatə etdiyini açıqlamışdılar.
Məlumata görə, iddialar Daniel İoannisyan və digər şəxslər tərəfindən təqdim olunacaq.
Alpər Mövludoğlu
Ordu.az