Erməni siyasi xadim: “Son illər ölkəmiz üçün ağrılı itkilər və ağır sınaqlar dövrü olub”

2026/05/1780129275.jpg
Oxunub: 373     12:18     30 May 2026    
Ermənistanın “Birlik Qanadları” Partiyasının seçkiqabağı təşviqat kampaniyasının 22-ci günü Zəngəzur bölgəsində davam edib.

Ordu.az xəbər verir ki, deputatlığa namizəd David Ananyan, Şahen Harutyunyan, Astğik Matinyan, Qor Tadevosyan və partiyanın digər üzvləri Gorus və Qarakilsə şəhərlərində olublar.

Onlar erməni sakinlərə partiyanın proqramını təqdim edib və seçicilərin suallarını cavablandırıblar.

“İnsanlarla danışanda, ideya və düşüncələrini bölüşəndə görürsən ki, onlarda ümid yaranır. Biz bilirik ki, hər şeyin əsasında hər bir vətəndaşın səsi dayanır. Görürük ki, insanlar seçkilərə getməyə və dəyişiklik etməyə hazırdırlar”, - deyə deputatlığa namizəd David Ananyan bildirib.

Digər namizəd Qor Tadevosyan isə son illərin Ermənistan üçün ağır dövr olduğunu qeyd edib.

“Son illər ölkəmiz üçün ağrılı itkilər və ağır sınaqlar dövrü olub. Zəngəzur Azərbaycanla yüzlərlə kilometr uzunluğunda yeni sərhəd əldə edib. Bu, təhlükəsizliyimiz üçün yeni təhdiddir. Problemləri birlikdə həll etmək üçün seçiciləri “Birlik Qanadları” Partiyasına səs verməyə çağırıram”, - deyə Tadevosyan bildirib.

Məlumata görə, partiyanın Zəngəzur bölgəsindəki seçkiqabağı təşviqat kampaniyası mayın 30-u və 31-də də davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin