Sabiq erməni prezident: “Paşinyan özü Ermənistan ordusunu “regionun ən döyüşqabiliyyətli ordusu” adlandırırdı”

2026/05/1780126580.jpg
Oxunub: 421     11:29     30 May 2026    
“Baş nazir Nikol Paşinyan 2020-ci ilin sentyabrında Ermənistan ordusunu “regionun ən döyüşqabiliyyətli ordusu” (guya-red.) adlandırmışdı”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan Ermənistan İctimai Televiziyasının aparıcısı Petros Qazaryanın 2005 və 2007-ci illərdə Beynəlxalq Böhran Qrupunun Azərbaycanın texnologiya, silahlanma və iqtisadiyyat baxımından Ermənistanı geridə qoyduğu barədə xəbərdarlıqlarını xatırlatmasına cavab olaraq deyib.

O eyni zamanda vurğulayıb ki, belə bəyanatları təkcə özü deyil, Nikol Paşinyan da verirdi.

“Kimsə unutmayıb ki, Nikol Paşinyan bunu hətta 2020-ci ilin sentyabrında deyirdi. Sərdarapatda çıxışı zamanı… Bu, onun bəyanatıdır. Üstəlik, o zaman 72 nəfərə “döyüş xaçı” ordeni verdi və daha bir nəfərə “milli qəhrəman” adı təqdim etdi. Xatırladım? Əgər 2020-ci ilin sentyabrında bu ordu regionun ən döyüşqabiliyyətli ordusu idisə, onda 2008-ci ildə zəif idi, sonradan gücləndi, yoxsa necə?” - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin