Ordu.az xəbər verir ki, bu barədə o, Ermənistan İctimai Televiziyasına müsahibəsində danışıb.
Köçəryan bildirib ki, hazırda Ermənistanda korrupsiyanın olmadığını iddia etmək sadəlövhlükdür.
“Bu gün korrupsiya yoxdur? Doğrudanmı? Siz buna inanırsınız? Bu qədər sadəlövhsünüz?” - deyə o qeyd edib.
Erməni jurnalistin onun prezident seçilməzdən əvvəl milyonçu olmadığı, hazırda isə həm özünün, həm də oğlunun milyonçu olması barədə sualına Köçəryan belə cavab verib:
“Mən təhsilimi başa vurduqdan sonra bir şirkətdə çalışmışam və həqiqətən milyonlarla dollar qazanmışam. Bu məsələ hazırda məhkəmədə araşdırılır. Bizim hər bir sent üçün əsaslandırıcı sənədimiz var, hər bir sent üçün”.
Alpər Mövludoğlu
Ordu.az