“Past”: Paşinyan komanda üzvləri ilə münasibətlərində də getdikcə daha əsəbi davranmağa başlayıb

2026/05/1780122710.jpg
Oxunub: 552     10:29     30 May 2026    
“Nikol Paşinyan təkcə ictimai görüşlər zamanı deyil, komanda üzvləri ilə münasibətlərində də getdikcə daha əsəbi davranmağa başlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, vətəndaşların onu rədd etməsi və ya “narahat” suallar verməsi ilə müşayiət olunan xoşagəlməz hadisələrdən sonra Paşinyan ictimaiyyətlə təmaslarını azaldıb. Bildirilir ki, görüş iştirakçılarının yarıdan çoxunu əksər hallarda onunla birlikdə səfər edən qrupun üzvləri təşkil edir.

“Paşinyanın komanda üzvləri ilə ünsiyyəti də gərgin keçir və o, tez-tez onlara qarşı sərt davranır. Mənbələrin bildirdiyinə görə, daxili istifadə üçün hazırlanmış bütün sorğular və araşdırmalar Paşinyanın hakimiyyəti qoruyub saxlamaq imkanının demək olar ki, qalmadığını göstərir. Hesablamalara əsasən, o, kifayət qədər səs toplaya bilməyəcək”, - deyə müəllif bildirib.

Nəşrin mənbələrinin sözlərinə görə, bunun nəticəsində Paşinyan hər gün komanda üzvlərini sərt şəkildə tənqid edir.

“Heç biriniz iş görmürsünüz, hər şeyi mənim üzərimə qoymusunuz, hətta görüşlər üçün kifayət qədər adam da toplaya bilmirsiniz”, - deyə o bildirib.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Paşinyan hətta hakimiyyəti itirdikdən sonra təkcə özünün deyil, komanda üzvlərinin də problemlərlə üzləşəcəyini deyərək onları hədələyib.

“Mən tək getməyəcəyəm, hamınızı özümlə aparacağam”, - deyə o bildirib.

Məlumata görə, Paşinyan həmçinin xəbərdarlıq edib ki, heç kim Robert Köçəryan və ya “Kaluqalı” ləqəbi ilə tanınan şəxslə “razılaşa biləcəyinə” ümid etməsin.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin