Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya dəvət olunub.
Məlumata görə, buna səbəb Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmağa yönəlmiş addımlarıdır.
Rusiya XİN hesab edir ki, bu addımlar Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa zərər vurur.
Alpər Mövludoğlu
Ordu.az