Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Nikol Paşinyanın qərarı ilə Errmənistan müdafiə nazirinin müavini, keçmiş polis rəisi Arman Sarkisyan və müdafiə nazirinin digər müavini Karen Brutyan yüksək dövlət mükafatlarına layiq görülüblər.
“Onlar “Vətənə xidmətlərinə görə” 1-ci dərəcəli medalla təltif ediliblər. Silahlı Qüvvələrdə hər iki şəxs “öz adamı” hesab olunmur. Bundan başqa, onların peşəkar bacarıqları ilə də seçilmədikləri bildirilir.
Mənbələrin sözlərinə görə, Arman Sarkisyan orta səviyyəli idarəçidir. Karen Brutyan haqqında isə iddia olunur ki, günün böyük hissəsində ayıq vəziyyətdə olmur. O da maliyyə sistemindən Müdafiə Nazirliyinə gətirilən şəxslərdəndir”, - deyə nəşr bildirib.
“Hraparak” yazıb ki, Karen Brutyanın pula xüsusi marağı var və Paşinyan bunu bildiyinə görə onu 2021-ci ildə müdafiə nazirinin müavini vəzifəsinə təyin edib.
“Karen Brutyan müxtəlif illərdə bir sıra məsul vəzifələrdə çalışıb. O, Dövlət Gəlirləri Komitəsi sədrinin birinci müavini, daha sonra isə maliyyə nazirinin birinci müavini vəzifələrini tutub”, - deyə nəşr əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az