Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkə hesabında yazıb.
Erməni siyasətçi bildirib ki, Ermənistan Konstitusiyasını kobud şəkildə pozaraq Suriyaya hərbi kontingent göndərən Nikol Paşinyan indi “Moskva agentləri” axtarmağa çalışır.
“2018-ci ildə Respublika meydanındakı mitinqlərdə Mariya Zaxarovanın sitatlarını ekstaz içində səsləndirən Nikol indi “Moskvanın agentlərini” axtarır”, - deyə Aşotyan qeyd edib.
O qeyd edib ki, 2018-ci ildə faktiki olaraq Şimalın köməyi ilə hakimiyyəti ələ keçirən Paşinyan indi həmin Şimala qarşı çıxmağa çalışır.
“Belə vəziyyətdə Lavrovun məşhur ifadəsini xatırlamamaq olmur: “debilı...”, - deyə erməni siyasətçi bildirib.
Alpər Mövludoğlu
Ordu.az