Hart: "NATO ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan çıxarılması qərarına aydınlıq gətirilməsini istəyir"

2026/05/1777722246.jpg
Oxunub: 277     15:20     02 May 2026    
NATO ABŞ-nin qoşunlarının bir hissəsini Almaniyadan çıxarmaq qərarının detallarını anlamaq məqsədilə rəsmi Vaşinqtonla əlaqə saxlayır.

Ordu.az xəbər verir ki, bu barədə alyansın mətbuat katibi Ellison Hart sosial şəbəkələrdə yazıb.

"Biz ABŞ-nin Almaniyadakı qüvvələrin yerləşməsinə düzəlişlər etmək qərarının detallarını anlamaq üçün onlarla işləyirik. Bu düzəliş göstərir ki, Avropa müdafiəyə investisiyaları artırmalı və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməlidir", - o qeyd edib.

E.Hart vurğulayıb ki, Avropa ölkələri bu istiqamətdə irəliləyiş əldə ediblər. Belə ki, 2025-ci ildə Haaqada keçirilən NATO sammitində alyans üzvləri müdafiə xərclərini ildə ÜDM-in 5 %-i səviyyəsinə qədər artırmağa razılaşıblar.

Qeyd edək ki, daha əvvəl Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell ABŞ-nin Almaniya ərazisindən 5 min hərbi qulluqçunu çıxarmağa başladığını bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hart   NATO   ABŞ  


Bizi "telegram"da izləyin