İran XİN amerikalıları öz hakimiyyətlərindən müharibəyə görə məsuliyyət tələb etməyə çağırıb

2025/07/1753692734.jpg
Oxunub: 353     15:36     02 May 2026    
“Şübhəsizdir ki, ABŞ administrasiyasının İrana qarşı “seçim müharibəsi” açıq, təhrik edilməmiş “təcavüz aktı” idi”.

Ordu.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi yazıb.

“Amerika cəmiyyətinin həm mübahisəsiz hüququ, həm də müqəddəs borcu var ki, İran xalqına qarşı bu qanunsuz müharibəni aparmağa və müharibə zamanı törədilən bütün vəhşiliklərə görə öz idarəedici hakimiyyətlərindən məsuliyyət tələb etsin”, - deyə Bəqayi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Bəqayi  


Bizi "telegram"da izləyin