NATO: ABŞ ilə Almaniyadakı qoşunları barədə qərarın təfərrüatlarını anlamaq üçün işləyirik

2026/03/1774860381.jpg
Oxunub: 322     15:30     02 May 2026    
NATO nümayəndəsi Elison Hart bildirib ki, Şimali Atlantika Alyansı ABŞ ilə Almaniyadan 5000 amerikalı hərbçinin çıxarılması barədə qərarlarını anlamaq üçün işləyir.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Almaniyanın müdafiə nazirinin əvvəlki bəyanatlarını təkrarlayan Hart bildirib ki, bu addım Avropanın müdafiə sahəsinə daha çox sərmayə qoymağa davam etməsinin və regionun təhlükəsizliyi üçün məsuliyyətin daha böyük hissəsini öz üzərinə götürməsinin zəruriliyini “vurğulayır”.

“Biz ABŞ ilə Almaniyadakı qoşunlarla bağlı onların qərarının təfərrüatlarını anlamaq üçün işləyirik. Bu düzəliş Avropanın müdafiəyə daha çox vəsait yatırmağa davam etməsi və ümumi təhlükəsizliyimiz üçün məsuliyyətin daha böyük hissəsini öz üzərinə götürməsi zəruriliyini vurğulayır. Bu məsələdə NATO ölkələri ötən il Haaqa sammitində ÜDM-in 5%-ni yatırmağa razılaşdıqları vaxtdan etibarən artıq irəliləyiş görürük. Biz əvvəlki kimi çəkindirmə və müdafiə qabiliyyətimizə əminik, çünki daha güclü NATO çərçivəsində daha güclü Avropaya doğru bu keçid davam edir”, - deyə alyansın nümayəndəsi sosial şəbəkələrdə yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ  


Bizi "telegram"da izləyin