Ordu.az xəbər verir ki, müzakirələr zamanı tərəflər süni zəka infrastrukturlarının layihələndirilməsi, qurulması və istismarı sahələrində əməkdaşlıq imkanlarını araşdırıblar.
Məlumata görə, Qazaxıstanda təxminən 250 meqavat gücündə superkompüter mərkəzinin yaradılması imkanı müzakirə edilib.
Tokayev bildirib ki, Qazaxıstan qarşıdakı üç il ərzində tam rəqəmsallaşdırılmış ölkəyə çevrilməyi hədəfləyir. Onun sözlərinə görə, NVIDIA texnologiyaları əsasında superkompüter klasterlərinin işə salınması bu məqsədin həyata keçirilməsi və ölkənin texnoloji suverenliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.
O, həmçinin Ekibastuz şəhərində nəzərdə tutulan “Data Center Valley” strateji layihəsinə toxunub. Layihənin məqsədi sərfəli elektrik enerjisi, telekommunikasiya və vergi güzəştləri şəraitində investorlar üçün güclü hesablama infrastrukturu yaratmaqdır.
NVIDIA və “Firebird AI” nümayəndələri isə öz növbəsində Ermənistanda həyata keçirilən oxşar layihə barədə məlumat təqdim ediblər.
Görüşün sonunda tərəflər süni zəka ekosisteminin inkişafı sahəsində əməkdaşlıq imkanlarını öyrənmək barədə razılığa gəliblər.
Sevinc Əliyeva
Ordu.az