Ordu.az xəbər verir ki, ASELSAN-ın 2025-ci il Fəaliyyət Hesabatı dərc edilib.
Hesabat çərçivəsində ASELSAN-ın 2025-ci ildə həyata keçirdiyi kritik fəaliyyətlərə, texnoloji inkişaflara və tamamlanan layihə mərhələlərinə ətraflı şəkildə yer verilib. Bu kontekstdə Yönləndirilmiş İnfraqırmızı Əks-Tədbir Sistemi İnkişaf Layihəsi çərçivəsində prototip istehsalının tamamlandığı bildirilib.
YILDIRIM 100 Yönləndirilmiş İnfraqırmızı Əks-Tədbir (DIRCM) Sistemi 2025-ci ilin iyununda 2 fərqli raket təhdidinə qarşı canlı atışlarla test edilib. Platforma baxımından raket təhdidlərinə qarşı ən çətin ssenari olan yaxın məsafədən həyata keçirilən raket atışlarında YILDIRIM 100 sistemi hər iki qabaqcıl raket təhdidini də raket atışından dərhal sonra yüzlərlə metr marşrutundan yayındıraraq platformanı aktiv şəkildə qoruya bildiyini sübut edib. Sözügedən uğurlu sıanqlardan sonra sistemin platforma inteqrasiyası və seriyalı istehsala ötürülməsi fəaliyyətlərinin 2026-cı il ərzində tamamlanması hədəflənir.
YILDIRIM 100 sistemi ilə hava vasitələrinə yönələn idarəolunan raketlər yayındırılaraq hava platformalarının sağqalma qabiliyyəti ciddi dərəcədə artır. Platforma üzərindəki fərqli raket xəbərdarlıq sistemləri/“flare” atıcıları ilə inteqrasiya edilmiş şəkildə çalışan və həssas gimbala malik olan YILDIRIM 100 yaxınlaşan idarəolunan raketə lazer enerjisi göndərib axtarıcı başlığını kor edərək raketin istiqamətini dəyişdirir.
YILDIRIM 100 həssas izləmə bloku və lazer bloku sayəsində istiliklə idarə olunan raketlərə qarşı sinxronlaşdırılmış, çxodiapazonlu yönləndirilmiş lazer tətbiq edir. Sistem raket xəbərdarlıq sistemi ilə rabitəni təmin edən idarəetmə blokunu da ehtiva edir. Çoxsaylı təhdid ssenariləri altında işləyə bilən YILDIRIM 100 aşağı enerji sərfiyyatı və yüksək istifadə edilə bilmə nisbəti ilə sahədə güc artırıcı təsir yaradır.
Sevinc Əliyeva
Ordu.az