Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında nazirliyin İsrailə 992,4 milyon dollarlıq Qabaqcıl Dəqiq Zərbə Silah Sistemi (APKWS) və əlaqəli avadanlığın mümkün satışını təsdiqlədiyi bildirilib.
Açıqlamada satışın əsas podratçısının ABŞ-nin Nyu-Hempşir ştatında yerləşən “BAE Systems” olacağı ifadə edilib.
Təcili vəziyyət əsas gətirilərək Konqres prosesi keçilib
İsrailə ediləcək bu satışın “dərhal” həyata keçirilməsini tələb edən “təcili vəziyyətin mövcud olduğunun müəyyən edildiyi” qeyd olunan açıqlamada bu satış üçün Silah İxracına Nəzarət Qanununun 36(b) maddəsinə əsasən Konqresin baxış şərtlərindən imtina edildiyi vurğulanıb.
Körfəz ölkələrinə genişmiqyaslı satış paketi
Nazirliyin digər açıqlamasında Qətər, Küveyt və BƏƏ-yə mümkün hərbi material satışının təsdiqləndiyi bildirilib.
Nazirlik tərəfindən “Patriot” Hava və Raket Müdafiə sistemlərinin təchizat xidmətləri ilə bağlı avadanlıqların Qətərə 4,01 milyard dollar qarşılığında satılmasının təsdiqləndiyi qeyd olunan açıqlamada, həmçinin APKWS sisteminin Qətərə 992 milyon dollar və BƏƏ-yə isə 147,6 milyon dollar qarşılığında satılması planının da qəbul edildiyi bildirilib.
Küveytə inteqrasiya edilmiş komanda sistemi satışı
Açıqlamada həmçinin İnteqrasiya edilmiş Döyüş Komanda Sisteminin Küveytə 2,5 milyard dollar qarşılığında satılmasına təsdiq verildiyi ifadə edilib.
Sevinc Əliyeva
Ordu.az