ASELSAN 2025-ci ildə HHM, elektro-optik və kosmik layihələrdə geniş irəliləyiş əldə etdi - HESABAT

2026/04/1777538351.jpg
Oxunub: 676     12:34     02 May 2026    
ASELSAN-ın 2025-ci il fəaliyyət hesabatına görə, şirkət hava hücumundan müdafiə sistemləri, elektro-optik texnologiyalar, mikroelektronika, rabitə və kosmos sahələrində çoxsaylı layihələri eyni vaxtda irəlilədib.

Ordu.az xəbər verir ki, il ərzində müqavilələr, təhvil prosesləri, sınaq fəaliyyətləri və ixrac prosesləri ön plana çıxıb.

KORKUT sistemlərində müqavilə, sınaq və ixrac

KORKUT 240/35 və KORKUT 250/35 sistemləri çərçivəsində ölkədaxili təhvil proseslərini əhatə edən müqavilə imzalanıb.

KORKUT 150/35 sisteminin ilk xarici təhvili həyata keçirilib.

KORKUT 140/35 sisteminin 8x8 konfiqurasiyası ilə ilk atışlı sınaq fəaliyyətləri tamamlanıb. KORKUT 141/35 sistemi Yaxın Şərqdə bir platformaya inteqrasiya edilərək sahədə nümayiş fəaliyyətlərinə cəlb olunub.

KAAN üçün bütövləşdirilmiş elektro-optik sistemin inkişafı davam edir

ASELSAN-ın fəaliyyət hesabatına görə, KAAN 5-ci nəsil döyüş təyyarəsi üçün hazırlanan Bütövləşdirilmiş Elektro-Optik Sistem üzərində işlər 2025-ci ildə davam etdirilib.

Sistemi təşkil edən TOYGUN 100 Elektro-Optik Hədəfləmə Sistemi, KARAT 100 infraqırmızı axtarış və izləmə sistemi, IRIS 300 raket xəbərdarlıq sistemi və LIAS 300 lazer xəbərdarlıq qəbuledici sistemlərinin prototipləri istehsal edilib.

Qeyd olunan alt sistemlər üzrə inteqrasiya fəaliyyətlərinin davam etdiyi bildirilib.

Gimbal tipli elektro-optik sistemlərdə seriyalı istehsal və ixrac

ASELSAN-ın gimbal tipli elektro-optik sistem ailəsi çərçivəsində CETVEL 100, CETVEL 300, ASELFLIR 400, ASELFLIR 410, ASELFLIR 500 və ASELFLIR 600 məhsulları üzrə istehsal, təhvil və inteqrasiya fəaliyyətləri davam etdirilib.

ASELFLIR 400 sistemi Ümumi Məqsədli Helikopter, GÖKBEY və AB-412 platformaları üçün son istifadəçilərə seriyalı istehsal çərçivəsində təhvil verilib.

ASELFLIR 410 sistemi ATAK və KMC platformaları üçün həm ölkədaxili, həm də xarici istifadəçilərə təhvil verilib.

ASELFLIR 500 sistemi üzrə 25 ölkə ilə müqavilə imzalandı, 22 ölkəyə ixrac həyata keçirilib.

2025-ci il ərzində ASELFLIR 400, ASELFLIR 410 və ASELFLIR 500 sistemlərindən ümumilikdə təxminən 140 ədəd təhvil verilib.

ASELFLIR 600 sistemi isə IDEF 2025 sərgisində təqdim olunub. “Bayraktar” AKINCI platformasına inteqrasiya edilən sistemin uzun məsafəli kəşfiyyat, müşahidə və hədəfləmə performans sınaqları tamamlanıb. Sistem üzrə 2026-cı ildə seriyalı istehsal təhvilinin həyata keçirilməsi planlaşdırılır.

ASELFLIR 600 sisteminin sınaq və təsdiqləmə proseslərində istifadə olunmaq üçün böyük sınaq səthinə malik yerli “Blackbody” sistemi layihələndirilərək istehsal edilib. Bu sistemlə birlikdə ASELFLIR 600-ün ilk sınaqları həyata keçirilib.

IRIS və YILDIRIM sistemlərində inkişaf və sınaq fəaliyyətləri

IRIS 100 UV raket xəbərdarlıq sistemi çərçivəsində istehsal və təhvil prosesləri tamamlandı və müxtəlif hava platformalarına inteqrasiya təmin olunub.

IRIS 120 sisteminin prototip istehsalı və performans sınaqları tamamlanıb. IRIS 200 infraqırmızı raket xəbərdarlıq sensoru üçün prototip istehsal prosesi həyata keçirilib.

YILDIRIM 100 yönləndirilmiş infraqırmızı əks-tədbir sistemi çərçivəsində prototip istehsallar tamamlanıb və sistem canlı atış sınaqlarında müxtəlif raket təhdidlərinə qarşı sınaqdan keçirilib.

İnsansız dəniz platformalarında sınaq və inteqrasiya

MARLİN EW 100 insansız dəniz platforması üzərindən real silah atışı həyata keçirilib və sistem inventara qəbul edilib.

MARLİN ASW-DS 100 üçün inteqrasiya fəaliyyətləri tamamlanıb və dəniz sınaqlarına başlanılıb.

ALBATROS-S insansız dəniz platforması TCG “Anadolu” və “Bayraktar” TB-3 ilə birlikdə ortaq əməliyyat fəaliyyətlərində istifadə olunub.

Uzaq Şərq ölkələrindən biri ilə insansız dəniz platformaları və faydalı yük həlləri üzrə ixrac müqaviləsi imzalanıb.

Hava hücumundan müdafiə radarları sahədə təsdiqlənib

ASELSAN fəaliyyət hesabatında hava hücumundan müdafiə radarlarının qəbul sınaqlarında, təlimlərdə və real döyüş şəraitində istifadə edildiyini açıqlayıb.

Açıqlamada radarların müxtəlif hədəf növləri, çətin manevrlər, radioelektron mübarizə mühiti və çətin ətraf mühit şəraitində yüksək performans göstərdiyi bildirilib.

ASOJ layihələrində inteqrasiya və istehsal prosesi davam edib

ASELSAN fəaliyyət hesabatında ASOJ 23-A Xüsusi Təyinatlı Təyyarə Bütövləşdirilmiş Radioelektron Mübarizə Sistemləri çərçivəsində kvalifikasiya, sertifikasiya, platforma inteqrasiyası və Planlama-Təlim Mərkəzi inteqrasiya fəaliyyətlərinin tamamlandığını bildirib.

Pilotsuz uçuş aparatları üçün hazırlanmış ASOJ 2-U və ASOJ 34-U Elektron Dəstək və Elektron Hücum sistemlərində layihələndirmə prosesi tamamlanıb, istehsal və sınaq fəaliyyətləri davam edib.

Kosmik layihələr və peyk sistemləri

GÖKTÜRK-3 SAR Peyk Layihəsi çərçivəsində missiya tərifi və sistem tələblərinin yenidən nəzərdən keçirilməsi mərhələləri tamamlanıb.

TÜRKSAT-6A milli rabitə peyki orbit sınaqlarından sonra 2025-ci ildə əməliyyat vəziyyətinə gətirilib. X-Diapazon və “Ku”-Diapazon faydalı yükləri vasitəsilə məlumat ötürülməsi təmin edilib.

ASELSAN-ın bir neçə ölkəyə GEO rabitə peyki həlləri təqdim etdiyi bildirilib.

Rabitə sistemlərində ölkə üzrə əhatə

ASTELA 3810 və 3811 terminalları və BIGA HYBRID sistemi çərçivəsində dar zolaqlı və geniş zolaqlı rabitə infrastrukturunun inteqrasiyası təmin edilib.

JEMUS sistemi 81 vilayətdə aktivləşdirilərək Türkiyənin 94 faizindən çox ərazisində əhatə təmin edib.

TURAN 100 BR-D sistemi radioelektron mübarizə şəraitində fasiləsiz rabitə qabiliyyəti ilə sahədə istifadə olunub.

KAAN təyyarəsi üçün xüsusi hazırlanmış rabitə sisteminin ilk təhvilləri həyata keçirilib.

“ARTCom” 9681 V/UHF-A rabitə sistemi Pakistan istehsalı JF-17 döyüş təyyarəsinə inteqrasiya edilərək sınaqları tamamlanıb və Orta Asiya ölkələrindən birinin inventarına daxil edilib.

2025-ci il ərzində hava rabitə sistemlərindən 347 ədəd təhvil həyata keçirilib, Yaxın Şərq ölkələrindən birinə ixrac edilən pilotsuz uçuş aparatı platforması üçün ARTCom 9682 V/UHF sisteminin ilk təhvilləri və qəbul prosesləri tamamlanıb.

Mikroelektronika və detektor texnologiyaları

TIGRIS 640x512 MWIR detektoru DRAGONEYE 2 sisteminə inteqrasiya edilərək ilk təhvil həyata keçirilib.

TIGRIS 1280x1024 MWIR detektoru ASELFLIR 500 və 600 sistemləri üçün kvalifikasiya edilərək seriyalı istehsala daxil edilib.

LEOP 640x512 SWIR detektoru DRAGONEYE 2 sistemində istifadə olunub və ASELFLIR 400 ilə 410 sistemlərinə inteqrasiya edilib.

SWIR obyektiv sistemi üçün Şimali Avropa ölkələrindən birindən ilk ixrac sifarişi alınıb.

CANIS 640x480 LWIR mikrobolometr detektoru təhlükəsizlik sistemlərinə və quru platformalarına inteqrasiya edilib.

ASELPOD hədəfləmə sistemi

ASELPOD hədəfləmə sistemi 2025-ci il etibarilə yüksək görüntüləmə və hədəfləmə performansı ilə qlobal miqyasda istinad sistemləri arasında yer alıb.

Sistemin bir neçə hava platformasına inteqrasiyası davam etdirilib və yeni ixrac proseslərinin aparıldığı bildirilib.

TOLUN və SADAK 4T sursatlarında ixrac genişlənib

TOLUN idarəolunan sursatı və SADAK 4T çoxlu daşıma asqısı çərçivəsində ixrac fəaliyyətləri genişləndirilib.

TOLUN və SADAK 4T sistemləri Yaxın Şərq, Afrika və Asiyada yeni ölkələrə təhvil verilib. SADAK 4T və TOLUN sursatlarının müxtəlif ölkələrə ilk təhvilləri həyata keçirilib.

TOLUN sursatı üçün bunker deşici tapının inkişaf prosesi tamamlanıb.

HGK 84A Dəqiq Tuşlama Dəsti üçün ilk ixrac müqaviləsi imzalanıb, LGK 82 idarəetmə kiti üçün Yaxın Şərq və Afrikada iki ayrı ölkə ilə ixrac razılaşmaları əldə edilib.

Ağıllı sursat sistemləri

ATOM 25 ABM sursatı hərəkətli pilotsuz uçuş aparatı hədəflərinə qarşı sınaqdan keçirilib
ATOM 35 ABM bir neçə ölkəyə ixrac edilib
ATOM 35 IABM antidron tapşırıqları üçün sınaqlardan keçib
ATOM 40 ABM üçün seriyalı istehsal müqaviləsi imzalanıb
ASAF 155 MOFA artilleriya başlığı üçün ilk seriyalı istehsal həyata keçirilib
155 mm artilleriya tapaları üçün Avropaya ilk alt komponent ixracı edilib


Milliləşdirmə fəaliyyətləri

ASELSAN 2025-ci ildə 103 məhsulu milliləşdirərək ümumilikdə 982 məhsula çatıb.

235 milyon dollar dəyərində yerli tədarük sifarişi verilib, son yeddi ildə isə 1 milyard dollardan çox iqtisadi töhfə təmin edilib.

30 təchizatçı ilə 340 məhsul üzrə milliləşdirmə işləri davam edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə   Hesabat  


Bizi "telegram"da izləyin