Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
SAXAL-ın məlumatına görə, hədəflər arasında hərəkat üzvlərinin fəaliyyət göstərdiyi komanda mərkəzləri və “Hizbullah”ın hücum hazırlamaq üçün istifadə etdiyi digər tikililər olub.
Məlumat verilir ki, dünən “Hizbullah” həmçinin Livanın cənubunda yerləşdirilmiş İsrail qoşunları istiqamətində bir neçə raket buraxıb.
İsrail Müdafiə Qüvvələri iddia edir ki, raketlər açıq əraziyə düşüb və nəticədə xəsarət alan olmayıb.
Sevinc Əliyeva
Ordu.az