İranda İsrailin xeyrinə casusluqda ittiham olunan iki nəfər edam edilib

2025/06/1749545747.jpg
Oxunub: 323     12:17     02 May 2026    
İranda İsraillə əlaqəsi olan iki agent edam edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.

Yaqub Kərimpur və Naser Bəkərzadə məhkəmə araşdırmasından sonra İsrail və MOSSAD kəşfiyyat xidmətinin xeyrinə casusluq və kəşfiyyat əməkdaşlığı ittihamı ilə dar ağacından asılıblar.

Hökm ölkənin Ali Məhkəməsi tərəfindən çıxarılıb.

İş materiallarına əsasən, Yaqub Kərimpur müharibə zamanı MOSSAD ilə fəal əməkdaşlığını davam etdirib və İsrail kəşfiyyatının əməkdaşına ölkə ilə bağlı məxfi məlumatlar ötürüb.

Bəkərzadənin fəaliyyətinə nəzarət onun “həssas” bölgələrə şübhəli səfərlər etdiyini göstərib. Həmin dövrdə onun hərəkətləri və şübhəli əlaqələri səbəbindən İranın güc strukturları əməliyyat keçirərək onu saxlayıb.

Bildirilir ki, Naser Bəkərzadə MOSSAD əməkdaşının tapşırığı ilə dövlət, dini və regional əhəmiyyətli şəxslər, eləcə də strateji obyektlər, o cümlədən Natanz bölgəsi barədə məlumatlar toplayaraq kəşfiyyat xidmətinin agentinə ötürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Edam  


Bizi "telegram"da izləyin