İsrailin zərbələri nəticəsində Livanın cənubunda azı 9 nəfər həlak olub

2026/05/1777639292.jpg
Oxunub: 369     11:24     02 May 2026    
Cümə günü İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı doqquz nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə CNN ölkənin səhiyyə nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Zərbələr nəticəsində Habuş şəhərində səkkiz nəfər, o cümlədən bir uşaq həlak olub, daha 21 nəfər yaralanıb.

Nazirliyin məlumatına görə, Əl-Baəl bölgəsində bir nəfər öldürülüb, yeddi nəfər isə yaralanıb.

Livanın səhiyyə nazirliyi bildirib ki, martın əvvəlində son münaqişənin başlanmasından etibarən 2600-dən çox insan həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin