Rusiya Baltik dənizində öz ticarət donanmasının hərbi dəniz qüvvələri ilə müşayiət olunmasını mümkün hesab edir

2026/05/1777706946.jpg
Oxunub: 4449     11:44     02 May 2026    
Rusiya Baltik dənizində öz ticarət donanmasının Qərb ölkələrinin müdaxilələrindən qorunması üçün hərbi dəniz qüvvələri ilə müşayiət olunmasını mümkün hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Artyom Bulatov bildirib.

Diplomat qeyd edib ki, Rusiya Baltik dənizində gəmiçilik azadlığını təmin etmək üçün bütün vasitələr spektrindən istifadə edir.

“İxtisaslaşmış beynəlxalq formatlarda və ikitərəfli kanallar vasitəsilə aparılan sistemli diplomatik işlə yanaşı, akvatoriyada situasiya məlumatlılığının artırılması, gəmi sahibləri ilə Rusiya dəniz qurumları arasında operativ qarşılıqlı fəaliyyətin təmin edilməsi istiqamətində tədbirlər kompleksi həyata keçirilir, Rusiya bayrağı altında üzən gəmilərin fiziki qorunmasının gücləndirilməsi variantları nəzərdən keçirilir. Ticarət donanmasının Rusiya hərbi dəniz qüvvələrinin gəmiləri ilə müşayiət olunması variantı saxlanılır”, - deyə Bulatov “RİA Novosti”yə bildirib.

Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko da “RİA Novosti”yə müsahibəsində bəyan edib ki, NATO ölkələrinin Baltik dənizində aktivliyi beynəlxalq gəmiçilik və iqtisadi fəaliyyət üçün ciddi təhdidlər yaradır. O həmçinin vurğulayıb ki, 2025-ci il yanvarın işə salınmış alyansın “Baltik keşikçisi” missiyası beynəlxalq logistika marşrutları üzərində nəzarət qurmağa və Rusiyanın maraqlarına uyğun yükdaşımaları məhdudlaşdırmağa yönəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Baltik  


Bizi "telegram"da izləyin