Rəsmi Praqa Fitsonun təyyarəsinin Çexiya üzərindən keçməsinə icazə verib

2024/05/1717139552.jpg
Oxunub: 344     10:26     02 May 2026    
Çexiya 9 may Qələbə günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya uçan Slovakiya Baş naziri Robert Fitsonun olduğu təyyarənin öz hava məkanından keçidinə icazə verib.

Ordu.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Adam Çörgö bildirib.

“Slovakiya tərəfi uçuş icazəsinin alınması üçün standard sorğu göndərib və icazə gecikdirilmədən verilib”,-deyə o bildirib.

Fitso 9 may tarixində Rusiyaya səfər etmək niyyətini aprelin əvvəlində açıqlamışdı. Estoniya, Latviya və Litva isə ötən il olduğu kimi bu il də Fitsonun təyyarəsinin öz hava məkanlarından keçməsinə icazə verməyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Praqa   Fitso  


Bizi "telegram"da izləyin