Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
“İndi İran İslam Respublikası qırx yeddi ildən çox mübarizədən sonra ilahi mərhəmətə arxalanaraq, öz tərəqqisinin və üstünlüyünün düşmənlərinə qarşı hərbi cəbhədə heyrətamiz imkanlarının bir hissəsini dünyaya sübut etdiyinə görə, iqtisadi böhran və mədəni cihad mərhələsində də onları məyus etməli və məğlub etməlidir.
Müəllimlər mədəni mübarizənin ən təsirli halqasına çevriləcəklər, işçilər isə o dərəcədə iqtisadi mübarizənin ən səmərəli elementlərindən biri olacaqlar ki, bu ikisinin mədəniyyət və iqtisadiyyat sahələrinin əsası kimi xidmət etdiyini iddia etmək olar”, - deyə o qeyd edib.
Ayətullah Xameneyi bildirib ki, ölkənin tərəqqisi “iki sütundan, bilikdən və əməkdən” asılıdır. O, hər iki qrupa praktiki dəstək göstərməyə çağırıb. Onun sözlərinə görə, müəllimlər bacarıqların öyrədilməsi, dərin baxışın tərbiyə edilməsi və gələcək nəslin şəxsiyyətinin formalaşdırılması üçün “ciddi məsuliyyət” daşıyırlar.
O, ailələr və məktəb rəhbərlikləri arasında daha sıx qarşılıqlı fəaliyyət qurmağa çağırıb və vətəndaşları yerli işçilərə dəstək vermək üçün yerli istehsal mallarına üstünlük verməyə səsləyib.
Xameneyi, həmçinin sahibkarlara, xüsusilə müəssisələri çətinlik çəkənlərə müraciət edərək, hökumətin dəstəyi ilə “imkan daxilində ixtisarlardan çəkinməyə” və hər bir işçiyə öz fəaliyyətləri üçün “sərvət mənbəyi” kimi yanaşmağa çağırıb.
İranın hərbi güc kimi formalaşmasına toxunan lider ümid etdiyini bildirib ki, müəllimlərin köməyi ilə İran-İslam kimliyini möhkəmləndirməklə və işçilər tərəfindən istehsal olunan yerli mallara üstünlük verməklə ölkə “tərəqqi və kamillik zirvələrinə doğru hərəkətini” davam etdirəcək.
Sevinc Əliyeva
Ordu.az