Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edilib ki, İranın maliyyə yollarını pozmağa yönəlmiş davamlı səylər çərçivəsində sanksiyalar siyahısına İranın üç valyuta mübadiləsi şirkəti və onlarla əlaqəli vasitəçi şirkətlər daxil edilib.
“İranın mübadilə məntəqələri ümumilikdə ildə milyardlarla dollar həcmində valyuta əməliyyatlarını təmin edir. İran neft satışları üçün əsasən Çin yuanı ilə hesablaşdığı üçün bu mübadilə məntəqələri neftdən əldə olunan gəlirlərin İran hərbçiləri və onların tərəfdaşları üçün daha uyğun valyutalara çevrilməsində həlledici rol oynayır”, - deyə ABŞ Maliyyə Nazirliyi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az