İran Hörmüz boğazında ABŞ-nin hərbi dəniz blokadasını saxta bayraqlardan, saxta şirkətlərdən, söndürülmüş izləmə siqnallarından və genişmiqyaslı gəmi şəbəkəsindən istifadə etməklə aşır.
Ordu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Blokadaya baxmayaraq, İranın neft daşıyan tanker “kölgə donanması” boğazda təhlükəsiz şəkildə üzməyə davam edir. İranın gizli armadası dəniz ticarətinin ənənəvi qaydalarından kənarda fəaliyyət göstərdiyi üçün mövcudluğunu qoruyub saxlayır.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Hörmüz
ABŞ