Ağ Evdə keçirilən şam yeməyi zamanı baş verən atışmadan sonra interneti sui-qəsd nəzəriyyələri bürüyüb

2026/04/1777229607.jpg
Oxunub: 342     08:18     02 May 2026    
Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən son atışma növbəti təhlükəli hadisə idi, yoxsa səhnələşdirmə? Sosial şəbəkələr sui-qəsd nəzəriyyələri ilə doludur.

Ordu.az xəbər verir ki, Donald Tramp, birinci xanım və vitse-prezident Cey Di Vens yoxlama əsas zonası yaxınlığında atəş səsləri eşidildikdən sonra tədbirin keçirildiyi “Washington Hilton” mehmanxanasından təxliyə olunublar.

Şübhəli Koul Tomas Allen prezidentə qarşı sui-qəsd cəhdində ittiham olunub. ABŞ Ədliyyə Nazirliyi bildirir ki, atəş açanın motivləri araşdırılır.

Hadisə çoxsaylı fərziyyələrə və sui-qəsd nəzəriyyələrinə səbəb olub. İnfluenserlər və sosial şəbəkələrin adi istifadəçiləri “X”, “Bluesky” və “Instagram” platformalarını hücumun guya səhnələşdirilmiş olması barədə paylaşımlarla doldurublar, halbuki hadisə yerindən jurnalist-qonaqların canlı reportajları var.

Bir çoxları isə Tramp administrasiyasını səhnələşdirmədə ittiham edib, məqsədin Ağ Evdə tədbirlər zalının tikintisi layihəsi üçün dəstək toplamaq olduğunu bildiriblər, halbuki həmin layihə ilə bağlı hüquqi problemlər mövcuddur. Hazırkı vaxta qədər atışmanın səhnələşdirilmiş olduğunu sübut edən heç bir dəlil yoxdur, halbuki bu nəzəriyyə sosial platformalarda milyonlarla baxış toplayıb.

Bəzi müəlliflər atışmadan sonra Trampın reaksiyasını əks etdirən bir fotoşəkilə istinad edirlər. Digərləri isə “Fox News” televiziya kanalının “yalançı bayraq” mövzusunda danışmağa başlayan müxbiri kəskin şəkildə yayından çıxardığını iddia edirlər. “Fox”un müxbiri Ayşa Hasni daha sonra yazıb ki, əlaqə mehmanxana zalında zəif siqnal səbəbindən kəsilib, təhlükəsizlik arzusu isə ümumi xarakter daşıyıb.

Oxşar iddia Ağ Evin mətbuat katibi Leavitt ilə bağlı müsahibəyə də aiddir, guya o, zalda “atəş səsləri eşidiləcək” deyib. Lakin müsahibənin tam versiyası bunun belə olmadığını göstərir. “O, səs-küy yaratmağa hazırdır, sizə deyim. Bugünkü çıxış klassik Donald Cey Tramp çıxışı olacaq”, - deyə Leavitt bildirib. Leavitt həmçinin qeyd edib: “O, gülməli, əyləncəli olacaq. Bu gün zalda bir neçə atəş səsləri eşidiləcək. Buna görə hamı diqqətli olmalıdır. Bu, həqiqətən möhtəşəm olacaq”.

Bəzi paylaşımlarda Trampın yanında dayanan bir kişinin kart qaldırdığı görünür. Bir neçə saniyə sonra kadra atəş səsləri düşür. İstifadəçilər onun hücuma başlamaq üçün siqnal verdiyini iddia ediblər. Lakin məlum olub ki, həmin şəxs mentalist və artist Oz Perlman olub və sadəcə həmin anda çıxış edirmiş.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin