Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, gecikmələr İrana qarşı davam edən müharibənin Amerika silah ehtiyatlarına ciddi təzyiq göstərməsi ilə əlaqədardır. Nəticədə, Vaşinqton əvvəllər Avropa ölkələri ilə bağlanmış müqavilələrdə nəzərdə tutulmuş silahların təhvil verilməsi üçün son tarixləri yenidən nəzərdən keçirməyə məcbur olur.
Daha əvvəl bildirilib ki, ABŞ nümayəndələri bəzi Avropa tərəfdaşlarını müəyyən silah növlərinin çatdırılma tarixlərinin təxirə salınması ehtimalı barədə məlumatlandırıblar, çünki resursların əhəmiyyətli bir hissəsi mövcud hərbi ehtiyacların ödənilməsinə yönəldilir.
Ordu.az