CNN: İran ABŞ-nin Yaxın Şərqdəki bəzi hərbi obyektlərini sıradan çıxarıb

2026/03/1774179076.jpg
Oxunub: 500     01:40     02 May 2026    
İranın hücumları nəticəsində ABŞ-nin Yaxın Şərqdə yerləşən 8 ölkədəki ən azı 16 hərbi obyektinə ziyan dəyib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, bunlar regiondakı Amerika hərbi infrastrukturunun əsas elementləridir və onların bəziləri hazırda faktiki olaraq istifadəyə yararsızdır.

Belə ki, kəşfiyyat təyyarələrinin, rabitə sistemlərinin və radar sistemlərinin vurulduğu qeyd edilib.

Hücumlar ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin