Aİ Cənubi Amerika ölkələri ilə azad ticarət zonası yaradır, bəzi ölkələr qarşı çıxır

2025/10/1761647639.jpg
Oxunub: 349     22:36     01 May 2026    
Brüssel ilə MERCOSUR bloku arasında razılaşma mayın 1-dən etibarən hələlik müvəqqəti əsasda qüvvəyə minib.

Ordu.az xəbər verir ki, bu barədə “Deutsche Welle” yazıb.

Bu bloka Argentina, Braziliya, Paraqvay və Uruqvay daxildir. Razılaşmanın məqsədi ticarət maneələrinin və gömrük rüsumlarının tədricən aradan qaldırılması yolu ilə mal və xidmət mübadiləsini təşviq etməkdir.

İndiyədək Cənubi Amerika ölkələrinin payına Almaniyanın xarici ticarət dövriyyəsinin cəmi təxminən 1 faizi düşürdü, lakin indi Almaniya məhsulları üçün yeni imkanlar açılır. Bu barədə Almaniyanın Ticarət və Sənaye Palatalarının Federal Birliyində bildirilib. Bu xüsusilə avtomobil sənayesi, maşınqayırma və əczaçılıq sahələrinə aiddir.

Avropa İttifaqı ilə MERCOSUR arasında razılaşma ilin əvvəlində 25 ildən çox davam edən danışıqlardan sonra imzalanıb. Saziş Avropa Parlamentinin təsdiqindən sonra tam qüvvəyə minəcək. Deputatların bir hissəsi sənədin Avropa hüququna uyğunluğu ilə bağlı şübhələrini ifadə edir. Bu məsələ ilə bağlı yekun qərarı Lüksemburqdakı Avropa İttifaqı Məhkəməsi verməlidir.

Avropa İttifaqında razılaşmanın əsas tənqidçiləri Fransa və Avstriyadır. Onlar hesab edirlər ki, MERCOSUR ölkələri ilə saziş Avropanın ekoloji standartlarını zəiflədə və daha ucuz Cənubi Amerika məhsullarının axını səbəbindən Avropa fermerlərinə zərbə vura bilər. Ekoloji təşkilatlar da razılaşmanın Amazoniyada meşələrin qırılmasını sürətləndirə biləcəyindən narahatdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   MERCOSUR  


Bizi "telegram"da izləyin