Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Hezrian bildirib.
“İran İslam Respublikası kiçik pilotsuz uçuş aparatlarının peyda olmasına hücum xarakterli cavab verməlidir ki, düşmən bir daha belə addımlara cürət etməsin”, - deyə o qeyd edib.
Hezrian əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə əməkdaşlıq edir və əgər müharibə yenidən başlasa, Birləşmiş Ərəb Əmirliklərini “acı və qaranlıq günlər gözləyir”.
Sevinc Əliyeva
Ordu.az