“Starlink” peyk terminallarının Rusiyaya idxalı qadağan edilib

2026/03/thumb-1773473845.jpg
Oxunub: 392     21:28     01 May 2026    
Rusiya hökuməti xarici peyklərdən siqnal qəbul və ötürülməsi üçün nəzərdə tutulmuş radioelektron vasitələrin idxalına müvəqqəti qadağa tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Life.ru” məlumat yayıb.

Bu məhdudiyyətlər “Starlink” peyk internet terminallarına da şamil edilir. Bu terminallar amerikalı milyader İlon Maskın şirkəti “SpaceX” tərəfindən istehsal olunur. Məhdudiyyətlər altı ay müddətində qüvvədə olacaq.

Sənəd Dövlət Radiotezliklər Komissiyasının müvafiq qərarı olmadan, xarici dövlətlərin kosmik rabitə obyektlərindən (o cümlədən ikili təyinatlı peyklərdən) siqnalların ötürülməsi və ya qəbulu üçün nəzərdə tutulmuş radioelektron vasitələrin idxalını qadağan edir. Hökumətin bu qərarı milli təhlükəsizliyin təmin olunması məqsədini daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starlink   Rusiya  


Bizi "telegram"da izləyin