Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Ara Abrahamyan 2000-ci ildən bu ictimai təşkilatın sədridir.
“2003-cü ildə erməni ictimai təşkilatlarının “Dünya erməni konqresi” beynəlxalq ittifaqının prezidenti seçilib, Rusiya-Argentina İş Adamları Şurasını yaradıb və hazırda rus tərəfdən onun həmsədridir.
Eyni zamanda, Fransa-Rusiya assosiasiyasının da həmsədridir. O, bir neçə dəfə ictimai təşkilatın rəhbəri vəzifəsinə yenidən seçilib, lakin hazırda Rusiya hakimiyyətinin ondan narazı olduğu və onun əvəzlənməsi üçün namizədlərin nəzərdən keçirildiyi barədə məlumatlar var”, - deyə “Hraparak” qeyd edib.
Nəşrin məlumatına görə, Rusiya mənbələri bildirir ki, ən real namizəd ikinci prezidentin keçmiş mətbuat katibi, ofisinin keçmiş rəhbəri Viktor Soğomonyandır.
“Həmçinin Kamo Avaqumyan və Karen Şahnazarov variantları da müzakirə olunur. “Avallon” şirkətinin sahibi, Rusiyada “Mercedes”in nümayəndəsi Kamo Avaqumyan isə daha çox biznes fəaliyyəti ilə məşğuldur və icma məsələləri arxa plana keçə bilər, Şahnazarov isə erməni maraqlarından daha çox rus maraqları ilə maraqlanır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az