Rusiyalı politoloq Ermənistanda seçkilər barədə: “Əsas odur ki, 2008-ci il vəziyyəti təkrarlanmasın”

2024/09/1725952885.jpg
Oxunub: 495     19:41     13 Aprel 2026    
“Rusiyanın Ermənistanda seçkilər kontekstində mövqeyi konkret şəxsə deyil, siyasətə və istiqamətə yönəlib. Məhz bu cəhəti ilə o, konkret şəxsi göstərən Aİ, ABŞ və Türkiyədən fərqlənir”.

Ordu.az xəbər verir ki, bu barədə postsovet ölkələrinin problemlərinə həsr olunmuş videokonfrans zamanı Beynəlxalq Araşdırmalar İnstitutunun “Postsovet dövlətlərinin yeni rolu” proqramının rəhbəri və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQIMO) beynəlxalq münasibətlər və Rusiyanın xarici siyasəti kafedrasının dosenti Sergey Markedonov bildirib.

Onun sözlərinə görə, Ermənsitan parlamentinin sədri Alen Simonyanın və baş nazir Nikol Paşinyanın Rusiyaya son səfərləri Moskvanın Ermənistan hakimiyyəti ilə işlədiyini göstərir.

“Rusiya 2021-ci ildə mövcud hökumətin seçilməsini dəstəkləyib, Putin Makrondan və Baydendən əvvəl onları təbrik edən ilk şəxslərdən biri olub. Moskvanın həmişə qeyri-dost mövqe sərgilədiyini demək yanlışdır, xüsusilə də nəzərə alaq ki, bu, Paşinyanın Moskvaya 33-cü və ya 34-cü səfəri idi”, - deyə Markedonov qeyd edib.

Müxalifətdən danışarkən o, erməni iş adamı və xeyriyyəçi Samvel Karapetyanın iştirakını xatırladıb. Bu kontekstdə politoloq vurğulayıb ki, Rusiyada Naxçıvan-na-Donu və Çaltır kimi ən böyük erməni diasporu və bütün ermənilər üçün vacib olan çoxsaylı mədəniyyət mərkəzləri yerləşir. “Bu, “böyük erməni dünyası”nın bir hissəsidir. Rusiyanın maraqları ondan ibarətdir ki, Ermənistanda hakimiyyətdə olanlar və cəmiyyət əlaqələrin inkişafında maraqlı olsun. Bəs öz maraqlarının irəli sürülməsini istəməyən ölkələr varmı? Aİ, ABŞ…”, - deyə Markedonov bildirib.

Onun sözlərinə görə, əsas məsələ seçkilərin mümkün qədər sivil formada keçirilməsidir ki, 2008-ci il vəziyyəti təkrarlanmasın.

Mümkün nəticələrdən danışarkən politoloq qeyd edib ki, Paşinyanın partiyası qalib gəlsə, Samvel Karapetyan və Robert Köçəryanın tərəfdarlarının əhval-ruhiyyəsi yox olmayacaq və hamı “real Ermənistan”dan sitat gətirməyə başlamayacaq.

“Əksinə, “real Ermənistan” anlayışı Paşinyanın partiyası məğlub olsa belə ölməyəcək. Böyük problem ondan ibarətdir ki, məxməri inqilabdan sonra Ermənistan hakimiyyəti cəmiyyətlə eyniləşməyə çalışdı. Cəmiyyət nazirlər kabinetindən daha genişdir və onun daxilində müxtəlif əhval-ruhiyyələr mövcuddur. Bəziləri Qarabağın itirilməsi ilə bağlı fərqli baxışlara malikdir, bəziləri isə Rusiyanı hakimiyyətdə olanlardan fərqli görür və s.”, - deyə politoloq xatırladıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Markedonov   Ermənistan  


Bizi "telegram"da izləyin