Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, şahidlərin dindirilməsi mərhələsi davam edir. Bu gün 1 şahid dindirilib.
Müdafiəçilər məhkəmədən Vardan Qukasyanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini, girov və inzibati nəzarətin tətbiq olunmasını, ən son halda isə ev dustaqlığını istəyiblər. Səbəb kimi Qukasyanın sağlamlıq vəziyyəti göstərilib.
“Sağlamlıq vəziyyətində heç bir müsbət dinamika yoxdur”, - deyə erməni müdafiəçi bildirib.
Məlumata görə, dövlət ittihamçısı müdafiəçilərlə razılaşmadığını bildirib. Səbəblərdən biri kimi şahidlərin dindirilməsinin hələ başa çatmaması, 11 şahidin hələ dindirilməməsi göstərilib.
Alpər Mövludoğlu
Ordu.az