“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün böyük səylər göstərmişik” - Fidan

2026/04/1776086607.jpg
Oxunub: 456     17:21     13 Aprel 2026    
“Ankara Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün gücün ölçülü tətbiqindən keyfiyyətli diplomatiyaya qədər böyük səylər göstərib”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Fidan qeyd edib ki, Türkiyə Qafqazla həmsərhəddir, orada baş verən müharibələr və qeyri-sabitlik Türkiyəyə birbaşa təsir edir.

“Buna görə biz bu regionda nizamın və təhlükəsizliyin təmin olunması, həmçinin təhlükəsizlik sistemi ilə bağlı məsələlərdə çox ciddi səylər göstəririk. Biz Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün gücün ölçülü tətbiqindən keyfiyyətli diplomatiyaya qədər, regional ölkələri və qlobal gücləri tarazlıqda saxlayaraq, oradakı kəskin münaqişənin Türkiyəyə təsir etməməsi üçün böyük səylər sərf etmişik”, - deyə Fidan bildirib.

O vurğulayıb ki, Ankara Yaxın Şərqdə, Qafqazda, Qara dəniz və Aralıq dənizi hövzələrində strateji baxımdan nəhəng zonaya malikdir, eyni zamanda Avropa təhlükəsizliyi məsələsində mühüm rol oynayır.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, Avropa təhlükəsizliyi həmişə NATO-nun himayəsi altında formalaşıb və Türkiyə də bu kontekstdə öz rolunu oynayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin