Avropa Şurası Ermənistana ayrı-seçkiliyə qarşı hərtərəfli qanun qəbul etməyə çağırıb

2026/04/1775807841.jpg
Oxunub: 381     16:29     13 Aprel 2026    
Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O-Flaherti məktubla Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək, ölkədə hazırlanmaqda olan ayrı-seçkiliyə qarşı qanunvericilikdə nəzərə alınmalı əsas tələbləri təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistanın Ədliyyə Nazirliyi hazırda ayrı-seçkiliyin qarşısının alınması və onunla mübarizə haqqında qanun layihəsi hazırlayır.

Qeyd eidlir ki, O-Flaherti bir sıra ciddi çatışmazlıqlara diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın Ombudsmanı dəqiq müəyyən edilmiş səlahiyyətlərlə təmin olunmalıdır, o cümlədən məhkəmələrdə zərərçəkənlərin maraqlarını təmsil etmək, ictimai maraq əsasında işlər qaldırmaq və yalnız dövlət deyil, həm də özəl sektorda fəaliyyət göstərmək hüququna malik olmalıdır. Komissar həmçinin qeyd edib ki, Ombudsmanın İrəvandakı mövcud binası əlilliyi olan şəxslər üçün uyğun şərait təmin etmir.

Xüsusi vurğu ilə O-Flaherti qanunla qorunan əsaslar siyahısına birbaşa olaraq cinsi orientasiya, gender kimliyi və cinsi xüsusiyyətlərin daxil edilməsinə çağırıb ki, LGBTQ+ şəxslərin hüquqlarının müdafiəsində hüquqi müəyyənlik təmin olunsun. Bundan əlavə, qeyd edilib ki, qanun vətəndaş cəmiyyəti təşkilatlarına ayrı-seçkiliklə bağlı icraatlarda iştirak etməyə imkan verməlidir (hətta konkret zərərçəkən göstərilmədən).

Nifrət nitqi ilə bağlı ayrıca təkliflər paketi də təqdim olunub. Ermənistanın 2022-ci il Cinayət Məcəlləsi artıq bunu cinayət hesab etsə də, Avropa Şurası bunu yetərli hesab etmir. Qurum mülki və inzibati hüquq sahələrində də qoruyucu mexanizmlərin tətbiqinə, həm oflayn, həm də onlayn platformaların əhatə olunmasına və nifrət nitqinə qarşı ümumi hüquqi normanın müəyyən edilməsinə çağırır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Şurası   Ermənistan  


Bizi "telegram"da izləyin