Ermənistan TŞ katibi Litvanın xarici işlər nazirinin müavini ilə görüşüb

2026/04/1776081489.jpg
Oxunub: 360     15:56     13 Aprel 2026    
“Aprelin 13-də Litvanın xarici işlər nazirinin müavini Odra Plepiteni qəbul etdim”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan özünün “Facebook” səhifəsində yazıb.

“Xanım Plepitenin Ermənistana səfərini salamlayaraq Ermənistan-Litva ikitərəfli münasibətlərində siyasi dialoqun davamlı və inkişaf edən dinamikasını vurğuladım.

Görüşdə Ermənistan-Avropa İttifaqı əməkdaşlıq gündəliyi, vizaların liberallaşdırılması prosesi, regional inkişaflar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Litva  


Bizi "telegram"da izləyin